28 yanvar 2026. Çərşənbə

Millimizə çağrılan futbolçunun klubunda koronavirus aşkarlandı


Millimizə çağrılan futbolçunun klubunda koronavirus aşkarlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Barış Ekincierin çıxış etdiyi "Bohum"da koronavirus aşkarlanıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən, komandanın bütün oyunçuları, məşqçilər və işçilər karantinə alınıb. Klub həmin futbolçunun adını açıqlamayıb. 

II Bundesliqa təmsilçisinin avqustun 25-dən başlamalı olduğu təlim-məşq toplanışı da ləğv edilib. Komandanın "Lyubek"lə bugünkü yoldaşlıq görüşü də keçirilməyəcək. 

Qeyd edək ki, Barış Ekincier U-21-in sentyabrın 7-də keçiriləcək Fransa ilə matçına dəvət alıb. Onun bu bu matçda iştirak edib-etməyəcəyi bilinmir. Yığma görüşün hazırlıq prosesinə avqustun 28-dən başlamalıdır. Sumqayıtdakı "Kapital Bank Arena"da təşkil olunacaq qarşılaşma saat 21:00-da başlayacaq. 







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu