22 iyun 2026. Bazar ertəsi

Bavariya'dan Messi açıqlaması


Bavariya'dan Messi açıqlaması

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Hayns Rummeniqqe "Barselona"dan ayrılacağı gözlənilən Lionel Messinin transfer etmək ehtimalları haqda danışıb.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, təzminat qiyməti 700 milyon avro olan argentinalı hücumçunu almağa çalışmayacaqlarını deyib. Klub rəsmisi bunu Münhen təmsilçisinin siyasəti və fəlsəfəsi ilə əlaqələndirib: "Bir oyunçuya bu qədər pul verə bilmərik. Bu, siyasətimizə və fəlsəfəmizə uyğun deyil. Messinin "Barselona"nı tərk edə biləcəyini eşidəndə kədərləndim. O, klubun tarixini yazıb və düşünürəm ki, karyerasını orada bitirməlidir".

Qeyd edək ki, Messi ilə "Mançester Siti", "Mançester Yunayted" və PSJ-nin maraqlandığı iddia olunur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər