21 mart 2026. Şənbə

Müller 200-ə çatdı


Müller 200-ə çatdı

“Bavariya” Bundesliqanın ilk turunda “Şalke”ni 8:0 hesabı ilə məğlub edib.

Corner.az xəbər verir ki, qollardan birinin müəlllifi olan Tomas Müller karyerasında yeni uğura imza atıb.

Belə ki, 31 yaşlı hücumçu bu görüşdə fərqlənərək Münxen klubundakı qollarının sayını 200-ə çatdırıb.

Bununla da almaniyalı futbolçu Karl Hayns Rummenigge (217), Robert Levandovski (247) və Gerd Müllerlə bərabər klub tarixinin ən məshsuldar dördüncü oyunçusu olub.

Qeyd edək ki, Müller Bundesliqa təmsilçisində bu günə qədər 536 oyun keçirib.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə