7 may 2026. Cümə axşamı

Borussiya uduzdu, Leyptsiq'dən xal itkisi


Borussiya uduzdu, Leyptsiq'dən xal itkisi
Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
 
 “Borussiya Dortmund” səfərdə “Auqsburq”un qonağı olub və uduzub. “Bayer” isə öz meydanında  “Leyptsiq”i qəbul edib. Bu qarşılaşma da qalib müəyyənləşməyib. Münhenlqadbax “Borussiya”sı da “Yunion”la görüşdən bərabərliklə ayrılıb. “Arminiya” “Köln”ü minimal hesabla məğlub edibsə, “Maynts” evdə “Ştutqart”a, “Şalke” də “Verder”ə uduzub.
 
Almaniya Bundesliqası
2-ci tur
25 sentyabr
 
Herta – Ayntraxt 1:3
Qol: Hinteregger, 78-öz qapısına – A.Silva, 30-pen. Dost, 37. Rode, 71.
 
26 sentyabr
 
Arminiya – Köln 1:0
Qol: Edmunddson, 78.
 
Auqsburq – Borussiya (Dortmund) 2:0
Qol: Uduoxai, 40. Kaliciuri, 54.
 
Borussiya (Münhenqladbax) – Yunion 1:1
Qol: Turam, 56 – Şlotterbek, 80.
 
Bayer – Leyptsiq 1:1
Qol: K.Dəmirbay, 20 – Forsberq, 14.
 
Maynts – Ştutqart 1:4
Qol: Kayson, 13 – Vamangituka, 45. Didavi, 61. Klimoviç, 80. Kaladciç, 86.
 
Şalke – Verder 1:3
Qol: Ut, 90+3 – Fullkruq, 22; 37; 59-pen.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”