19 sentyabr 2026. Şənbə

Almaniyanın ən titullu futbolçusu məlum oldu


Almaniyanın ən titullu futbolçusu məlum oldu

"Bavariya" klubunun futbolçusu Tomas Müller Almaniyanın ən çox titul qazanan oyunçusu olub. 

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu buna ölkə Super Kubokunda Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib. 

Təcrübəli futbolçu karyerasında 27-ci titulunu qazanıb. Müller Almaniya millisinin və "Bavariya"nın sabiq üzvü Bastian Şvaynştaygerin rekordunu geridə qoyub. 

Qeyd edək ki, Tomas Müller "Borussiya" ilə matçın 27-ci dəqiqəsində fərqlənib. 6-cı dəfə Almaniya Super Kubokunu qazanan hücumçu bu göstəricidə də rekordçudur. 







Almaniya B.L.