Almaniya Bundesliqasında 3-cü turun oyunlarına start verilib.
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
“Borussiya Dortmund” klubu öz meydanında “Frayburq”la qarşılaşıb və 4 cavabsız qolla qələbə qazanıb. “Leyptsiq” də “Şalke” ilə ev oyunundan oxşar hesabla qalib ayrılıb.
Lider “Hoffenhaym” səfərdə “Ayntraxt”ın qonağı olub və görüşdən məğlubiyyətlə ayrılıb. Münhenqladbax “Borussiya”sı səfərdə “Köln”ə qalib gəlib. “Ştutqart” – “Bayer” oyunundan qalib müəyyənləşməyib. “Verder” də “Arminiya”nı məğlub edib.
Almaniya Bundesliqası
3-cü tur
2 oktyabr
Yunion – Maynts 4:0
Qol: Kruse, 13. İnqvartsen, 49. Fridrix, 63. Pohjanpalo, 64.
3 oktyabr
Borussiya (Dortmund) – Frayburq 4:0
Qol: Haland, 31; 66. E.Can, 47. Passlak, 90+2.
Ayntraxt – Hoffenhaym 2:1
Qol: Kamada, 54. Dost, 71 – Kramariç, 18.
Köln – Borussiya (Münhenqladbax) 1:3
Qol: Rexbeçay, 84 – Plea, 14. Layner, 16. Ştindl, 56.
Ştutqart – Bayer 1:1
Qol: Kalaydziç, 76 – Şik, 7.
Verder – Arminiya 1:0
Qol: Bittenkur, 27.
Leyptsiq – Şalke 4:0
Qol: C.Bozdoğan, 31. Anxelinyo, 35. Orban, 45+2. Halştenberq, 80.