5 dekabr 2025. Cümə

Bavariya'dan xal itkisi, Borussiya'dan darmadağın


Bavariya'dan xal itkisi, Borussiya'dan darmadağın
Almaniya Bundesliqasında 8-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
 
Lider “Bavariya” öz meydanında “Verder”i qəbul edib və xal itirib. “Leyptsiq” də “Ayntraxt”la səfər oyunundan xal itkisi ilə ayrılıb. Münhenqladbax “Borussiya”sı evdə “Auqsburq”la görüşdə heç-heçə edib. “Şalke” doğma meydanda “Volfsburq”a, “Arminiya” “Bayer”ə məğlub olub.
 
Dortmundun “Borussiya” klubu bu tur çərçivəsində Berlin “Herta”sını sınağa çəkib. Erlinq Halandın 4 qol vurduğu oyunda Dortmund təmsilçisi darmadağınla qələbə qazanıb. Altı qolun qeydə alındığı “Hoffenhaym” – “Ştutqart” görüşündə isə qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
8-ci tur
21 noyabr
 
Arminiya – Bayer 1:2
Qol: Hradeçki, 47-öz qapısına – Beyli, 27. Draqoviç, 88.
 
Borussiya (Münhenqladbax) – Auqsburq 1:1
Qol: Noyhaus, 5 – Kaliciuri, 88.
 
Bavariya – Verder 1:1
Qol: Koman, 62 – Eggeştayn, 45.
 
Hoffenhaym – Ştutqart 3:3
Qol: Baumqartner, 16. Sessenyon, 48. Kramariç, 71-pen – Qonzales, 18. Vamanqituka, 27. Kempf, 90+3.
 
Şalke – Volfsburq 0:2
Qol: Veqorst, 3. Şlager, 24.
 
Ayntraxt – Leyptsiq 1:1
Qol: Barkok, 43 – Poulsen, 57.
 
Herta – Borussiya (Dortmund) 2:5
Qol: Kunya, 33; 79-pen – Haland, 47; 49; 62; 79. Gerreyro, 70.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə