5 dekabr 2025. Cümə

Borussiya uduzdu, Bavariya'dan qələbə


Borussiya uduzdu, Bavariya'dan qələbə
Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 
 
“Auqsburq” – “Frayburq” və 6 qolun qeydə alındığı “Yunion” – “Ayntraxt” matçlarında qalib müəyyənləşməyib.
 
 “Borussiya Dortmund” bu tur çərçivəsində öz meydanında “Köln”ü qəbul edib və məğlub olub. “Bavariya” isə səfərdə “Ştutqart”ın qonağı olub və inamlı qələbə qazanıb. Münhenqladbax “Borussiya”sı mövsümə uğursuz start verən və son pillədə qərarlaşan “Şalke”ni qəbul edib və darmadağınla qalib gəlib. “Leyptsiq” də öz meydanında “Arminiya” üzərində inamlı qələbə qazanıb.
 
Almaniya Bundesliqası
9-cu tur
27 noyabr
 
Volfsburq – Verder 5:3
Qol: Baku, 22. Bruks, 25. Veqorst, 37; 76. Bialek, 90+5 – Bittenkur, 13. Mohvald, 36. Bruks, 47-öz qapısına.
 
28 noyabr
 
Auqsburq – Frayburq 1:1
Qol: Varqas, 80 – Qrifo, 64.
 
Borussiya (Dortmund) – Köln 1:2
Qol: Hazard, 74 – Skhiri, 9; 60.
 
Leyptsiq – Arminiya 2:1
Qol: Anxelinyo, 29. Nkunku, 47 – Klos, 75.
 
Ştutqart – Bavariya 1:3
Qol: Kulibali, 20 – Koman, 38. Levandovski, 45+1. D.Kosta, 87.
 
Yunion – Ayntraxt 3:3
Qol: Endrix, 2. Kruse, 6-pen; 82 – A.Silva, 27; 37. Dost, 79.
 
Borussiya (Münhenqladbax) – Şalke 4:1
Qol: Noyhaus, 15. Vendt, 36. Turam, 52. Volf, 80 – Raman, 20.
 






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə