8 may 2026. Cümə

Bundesliqada yeni mövsümün başlama tarixi açıqlandı


Bundesliqada yeni mövsümün başlama tarixi açıqlandı
Almaniya Bundesliqasında 2021/22 mövsümünün başlayacağı və başa çatacağı tarixlər müəyyənləşib.
 
Corner.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının (DFL) rəsmi saytı məlumat yayıb.
 
Yeni mövsümə avqustun 13-də başlaması start veriləcək. İlk turun matçları 13-15 avqustda keçiriləcək. Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. Ölkə çempionatı mayın 14-də başa çatacaq.
 
Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”