3 noyabr 2026. Çərşənbə axşamı

Bavariya'da iki ciddi itki


Bavariya'da iki ciddi itki
 “Bavariya” klubu ciddi itkilərlə üzləşib.
 
Corner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları Xavi Martines və Jerom Boatenq sıradan çıxıb.
 
Sözügedən futbolçular Bundesliqanın 10-cu turunda “Leyptsiq”lə  ev matçda (3:3) zədələnib.
 
Martines qarşılaşmanın əvvəlindəcə zədələnərək 25-ci dəqiqədə əvəzlənmişdi. Boatenq isə 84-cü dəqiqədə məcburi əvəzlənmişdi.
 
Baş məşqçi Hansi Flikin yerli mətbuata verdiyi məlumata görə, futbolçuların durumuna ətraflı tibbi müayinədən sonra aydınlıq gələcək.






Almaniya B.L.