22 iyun 2026. Bazar ertəsi

Borussiya darmadağın oldu, Bavariya xal itirdi


Borussiya darmadağın oldu, Bavariya xal itirdi
Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 
 
Münhenqladbax “Borussiya”sı öz meydanında “Herta” ilə heç-heçə edib. “Maynts” evdə “Köln”ə minimal hesabla məğlub olub. “Frayburq” isə “Arminiya” üzərində inamlı qələbə qazanıb.
 
Lider “Bavariya” bu turda səfərdə “Yunion”un qonağı olub və xal itirib. Dortmund “Borussiya”sı isə “Ştutqart”la üz-üzə gəlib. Dortmundlular bu görüşdə darmadağın olublar. “Leyptsiq” isə “Verder”lə ev oyununda inamlı qələbə qazanaraq “Bavariya” ilə xallarını bərabərləşdirib və zirvəyə şərik olub.
 
Almaniya Bundesliqası
11-ci tur
11 dekabr
 
Volfsburq – Ayntraxt 2:1
Qol: Veqorst, 76-pen; 88 – Dost, 62-pen.
 
12 dekabr
 
Frayburq – Arminiya 2:0
Qol: Qrifo, 79-pen. Yonq, 90+2.
 
Leyptsiq – Verder 2:0
Qol: Sabitser, 26-pen. Olmo, 41.
 
Maynts – Köln 0:1
Qol: Rexbeçay, 55.
 
Borussiya (Münhenqladbax) – Herta 1:1
Qol: Embolo, 70 – Gunduzi, 47.
 
Borussiya (Dortmund) – Ştutqart 1:5
Qol: Reyna, 39 – Vamanqituka, 26-pen; 53. Forster, 53. Kulibali, 63. Qonsales, 90+1.
 
Union Berlin – Bavariya 1:1
Qol: Promel, 4 – Levandovski, 68.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər