22 iyun 2026. Bazar ertəsi

Borussiya və Bavariya'dan qələbə


Borussiya və Bavariya'dan qələbə
Almaniya Bundesliqasında 14-cü turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
 
Lider “Bavariya” bu tur çərçivəsində  öz meydanında “Maynts”ı sınağa çəkib. Münhen təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib.
 
Dortmund “Borussiya”sı isə “Volfsburq”la ev oyunundan inamlı qələbə qazanıb.
 
Almaniya Bundesliqası
14-cü tur
2 yanvar
 
Hoffenhaym – Frayburq 1:3
Qol: Bebu, 58 – Santamariya, 7. Qrifo, 34-pen. A.Kasım, 42-öz qapısına.
 
Köln – Auqsburq 0:1
Qol: Yaqo, 77.
 
Verder – Union Berlin 0:2
Qol: Bekker, 12. Avoniyi, 28.
 
Arminiya – Borussiya (Münhenqladbax) 0:1
Qol: Embolo, 58.
 
Ayntraxt – Bayer 2:1
Qol: Yunes, 22. Tapsoba, 54-öz qapısına – Amiri, 10.
 
Herta – Şalke 3:0
Qol: Genduzi, 36. Kordoba, 52. Pyontek, 80.
 
Ştutqart – Leyptsiq 0:1
Qol: Olmo, 67.
 
3 yanvar
 
Borussiya (Dortmund) – Volfsburq 2:0
Qol: Akanji, 66. Sanço, 90+1.
 
Bavariya – Maynts 5:2
Qol: Kimmix, 50. Sane, 55. Süle, 70. Levandovski, 76-pen; 83 – Kurkardt, 32. Hakk, 44.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər