11 avqust 2026. Çərşənbə axşamı

Borussiya səfərdə Leyptsiq'ə qalib gəldi


Borussiya səfərdə Leyptsiq'ə qalib gəldi
Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Dortmund “Borussiya”sı bu tur çərçivəsində səfərdə “Leyptsiq”in qonağı olub və inamlı qələbə qazanıb. 
 
Cari mövsümdə qələbəyə həsrət olan “Şalke” klubu “Hoffenhaym”la ev oyununda qələbə qazanaraq 30 oyundan və 1 illik fasilədən sonra 3 xal qazanıb. 
 
“Bayer” öz meydanında “Verder”i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
15-ci tur
8 yanvar
 
Borussiya (Münhenqladbax) – Bavariya 3:2
Qol: Hofmann, 36; 45. Noyhaus, 49 – Levandovski, 20-pen. Qoretska, 26.
 
9 yanvar
 
Bayer – Verder 1:1
Qol: Şik, 70 – Toprak, 52.
 
Frayburq – Köln 5:0
Qol: Demiroviç, 18. Hofler, 39. Sallai, 59. Linhart, 69. Holer, 79.
 
Maynts – Ayntraxt 0:2
Qol: A.Silva, 24-pen; 72-pen.
 
Şalke – Hoffenhaym 4:0
Qol: Hoppe, 42; 57; 63. Harit, 80.
 
Yunion – Volfsburq 2:2
Qol: Bekker, 29. Endrix, 52 – Şteffen, 10. Veqorst, 65-pen.
 
Leyptsiq – Borussiya (Dortmund) 1:3
Qol: Sorlot, 90 – Sanço, 55. Haland, 71; 84.






Almaniya B.L.

“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi