21 mart 2026. Şənbə

Əfqan əsilli futbolçu irqçiliyə məruz qaldı


Əfqan əsilli futbolçu irqçiliyə məruz qaldı

Almaniya Bundesliqasının 16-cı turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.

Corner.az-ın məlumatına görə, "Union Berlin"in oyunçularından biri "Bayer"in futbolçusu Nadim Amiriyə qarşı irqçi ifadə işlədim.

Adı açıqlanmayan şəxs əfqan əsilli yarımmüdafiəçini təhqir edib. Qarşılaşmadan sonra komanda yoldaşları 25 yaşlı futbolçunun ağladığını görüb.

Amiri məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi. Meydanda söylədiyi sözlərə görə üzr istədi, məni səmimiyyətinə inandırdı və onu bağışladım".

Qeyd edək ki, Nadim Amiri Almaniyada əfqan ailəsində anadan olub. O, 2019-cu ildən Almaniya yığmasının formasını geyinir







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə