7 may 2026. Cümə axşamı

Bavariya və Leyptsiq'ə bir qol bəs etdi


Bavariya və Leyptsiq'ə bir qol bəs etdi
Almaniya Bundesliqasında 17-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Lider “Bavariya” bu turda səfərdə “Auqsburq”un qonağı olub və minimal hesabla qələbə qazanıb.
 
“Leyptsiq” isə öz meydanında Berlin “Yunion”unu sınağa çəkib. Bu oyunda da meydan sahibləri minimal hesabla qalib gəlib.
 
Almaniya Bundesliqası
17-ci tur
19 yanvar
 
Borussiya (Münhenqladbax) – Verder 1:0
Qol: Elvedi, 66.
 
Maynts – Volfsburq 0:2
Qol: Bialek, 65. Veqorst, 79.
 
Herta – Hoffenhaym 0:3
Qol: Rudi, 33. Kramariç, 68; 88.
 
Bayer – Borussiya (Dortmund) 2:1
Qol: Diabi, 14. Virts, 80 – Brandt, 67.
 
20 yanvar
 
Şalke – Köln 1:2
Qol: Hoppe, 57 – Çixos, 31. Tilmann, 90+3.
 
Frayburq – Ayntraxt 2:2
Qol: Sallai, 32. Petersen, 63 – Yunes, 6. Şlotterbekk, 76-öz qapısına.
 
Leyptsiq – Yunion 1:0
Qol: Forsberq, 70.
 
Auqsburq – Bavariya 0:1
Qol: Levandovski, 13-pen.
 
Arminiya – Ştutqart 3:0
Qol: Klos, 27. Kempf, 47-öz qapısına. Doan, 86.






Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”