5 may 2026. Çərşənbə axşamı

Bayer evdə, Leyptsiq səfərdə uduzdu


Bayer evdə, Leyptsiq səfərdə uduzdu
Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Turnir cədvəlinin 2-cisi “Leyptsiq” bu tur çərçivəsində  səfərdə “Maynts”la qarşılaşıb və məğlub olub.
 
“Bayer”  öz meydanında “Volfsburq”u sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəlib.
 
“Ayntraxt” səfərdə “Arminiya”nı darmadağın edib. “Verder” isə “Herta”nı böyük hesabla məğlub edib.
 
Almaniya Bundesliqası
18-ci tur
22 yanvar
 
Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 4:2
Qol: Elvedi, 11; 32. Bensebaini, 49. Turam, 78 – Haland, 22; 28
 
23 yanvar
 
Frayburq – Ştutqart 2:1
Qol: Demiroviç, 14. Yonq, 37 – Vamanqituka, 7.
 
Maynts – Leyptsiq 3:2
Qol: Niaxate, 24; 35. Barreyro, 50 – Adams, 15. Halştenberq, 30
 
Bayer – Volfsburq 0:1
Qol: Baku, 35.
 
Auqsburq – Union Berlin 2:1
Qol: Nyederlexner, 17; 47 – İnqvartsen, 25.
 
Arminiya – Ayntraxt 1:5
Qol: Kordova, 36 – A.Silva, 25; 33. Kostiç, 27. Nilsson, 51-öz qapısına. Yoviç, 75.
 
Herta – Verder 1:4
Qol: Kordoba, 45+2 – Selke, 10-pen. Ö.Toprak, 29. Bittenkur, 57. Sargent, 77.
 






Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"