22 iyun 2026. Bazar ertəsi

Bavariya və Borussiya'dan qələbə


Bavariya və Borussiya'dan qələbə
Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Lider “Bavariya” bu tur çərçivəsində “Hoffenhaym”ı, Dortmund “Borussiya”sı isə “Auqsburq”u qəbul eddib. Hər iki oyunda meydan sahibləri inamlı qələbə qazanıb. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Leyptsiq” isə ən yaxın izləyicisi “Bayer”in müqavimətini çətinliklə qırmağı bacarıb.
 
Səfərdə “Union Berlin"in qonağı olan Münhenqladbax “Borussiya”sı xal itkisi ilə üzləşib. “Verder” – “Şalke” matçı da heç-heçə yekunlaşıb. “Ayntraxt” isə “Herta”nı məğlub edib.
 
Almaniya Bundesliqası
19-cu tur
29 yanvar
 
Ştutqart – Maynts 2:0
Qol: Kaladziç, 55. Vamanqituka, 72.
 
30 yanvar
 
Union Berlin – Borussiya (Münhenqladbax) 1:1
Qol: Knoxe, 31 – Plea, 59.
 
Verder – Şalke 1:1
Qol: Mohvald, 77 – Maskarell, 38.
 
Borussiya (Dortmund) – Auqsburq 3:1
Qol: Dileyni, 26. Sanço, 63. Uduokhai, 75-öz qapısına – Han, 10.
 
Bavariya – Hoffenhaym 4:1
Qol: Boatenq, 32. Müller, 43. Levandovski, 57. Qnabri, 63 – Kramariç, 44.
 
Ayntraxt – Herta 3:1
Qol: A.Silva, 67; 90+5-pen. Hinteregger, 85 – Pyontek, 66.
 
Leyptsiq – Bayer 1:0
Qol: Nkunku, 51.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər