11 avqust 2026. Çərşənbə axşamı

Dreksler azarkeşləri təhqir etdi


Dreksler azarkeşləri təhqir etdi

“Köln”ün futbolçusu Dominik Drekslerlə öz azarkeşlər arasında qalmaqal baş verib.

Corner.az “Bild”ə istinadən xəbər verir ki, hadisə 20-ci turda “Borussiya” (Münhenqladbax)  – “Köln” oyunundan əvvəl baş verib. 30 yaşlı yarımmüdafiəçi görüşdən öncə komandanı pirotexniki vasitələrlə müşayiət edən fanatları təhqir edib.

Komanda Kölnə qayıtdıqdan sonra isə klubun ultrasları futbolçuları salamlayıb və Drekslerdən onların yanına gəlməsini tələb edib. Bu vaxt Dreksler sürətlə oradan uzaqlaşıb.

Klubun yetirmələrindən olan Lukas Podolski bu hərəkətinə görə Dreksleri tənqid edib. O Tvitterdə yazıb: “Əgər öz azarkeşlərini axmaq adlandırırsansa, bu formanı daşımağı haqqın yoxdur”.

Daha sonra futbolçu etdiyi hərəkətə görə üzr istəyib.







Almaniya B.L.

“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi