7 may 2026. Cümə axşamı

Bavariya'nın futbolçusu mövsümü başa vurdu


Bavariya'nın futbolçusu mövsümü başa vurdu

"Bavariya" və Fransa millisinin futbolçusu Korentin Tolisso sıradan çıxıb.

Corner.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi məşqdə bud nahiyəsindən zədələnib.

Fransalı oyunçu bu gün əməliyyat olunub. Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bu isə o deməkdir ki, Tolisso mövsümün qalan hissəsində oynamayacaq. Onun Fransa yığması ilə Avropa çempionatında iştirakı da sual altına düşüb.

Qeyd edək ki, Korentin Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”