5 dekabr 2025. Cümə

Bavariya və Borussiya'dan darmadağın


Bavariya və Borussiya'dan darmadağın
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, şənbə günü daha beş görüş baş tutub.
 
“Ştutqart” doğma meydanda “Şalke”ni darmadağınla yola salıbsa, “Volfsburq” “Herta” üzərində inamlı qələbə qazanıb.
 
Lider “Bavariya” bu turda öz meydanında “Köln”ü qəbul edib və böyük hesabla darmadağınla qalib gəlib.
 
Dortmund “Borussiya”sı da autsayder “Arminiya”nı darmadağın edib.
 
Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Leyptsiq”in rəqibi isə öz meydanında Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu görüşdə də də qələbəni meydan sahibləri qazanıb.
 
Almaniya Bundesliqası
23-cü tur
26 fevral
 
Verder – Ayntraxt 2:1
Qol: G.Selassie, 47. Sargent, 62 – A.Silva, 9.
 
27 fevral
 
Bavariya – Köln 5:1
Qol: Şupo-Motinq, 18. Levandovski, 33; 65. Qnabri, 82; 86 – Skhiri, 49.
 
Ştutqart – Şalke 5:1
Qol: Endo, 10; 26. Kaladziç, 34. Kleman, 88. Didavi, 90+2 – Kolaşinaç, 40.
 
Volfsburq – Herta 2:0
Qol: Klunter, 38-öz qapısına. Lakro, 89.
 
Borussiya (Dortmund) – Arminiya 3:0
Qol: Dahud, 48. Sanço, 58-pen. Reynier, 81.
 
Leyptsiq – Borussiya (Münhenqladbax) 3:2
Qol: Nkunku, 57. Poulsen, 66. Sorlot, 90+3 – Hofmann, 6-pen. Turam, 19.
 






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə