22 iyun 2026. Bazar ertəsi

Bundesliqa klubunda ciddi itki


Bundesliqa klubunda ciddi itki
Almaniyanın “Bayer” klubu ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Timoti Fosu-Mensa uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda 23 yaşlı futbolçunun Bundesliqanın 23-cü turu çərçivəsində “Frayburq”la ev oyununda ağır zədələndiyi vurğulanıb. Oyunun sonlarında xəsarət alan Timotinin sağ dizinin ön çarpaz bağlarında qırılma aşkarlanıb.
 
Klub futbolçunun tezliklə əməliyyat olunacağını açıqlayıb. Onun dəqiq bərpa müddəti açıqlanmır. Amma müdafiəçinin azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Qeyd edək ki, Fosu-Mensa “Bayer”ə 2021-ci ilin yanvarında “Mançester Yunayted” klubundan transfer olunub. O, Leverkuzen təmsilçisində 7 oyun keçirib.
 
Niderland yığmasının da üzvü olan Fosu-Mensa zədə səbəbindən Avropa çempionatında da iştirak edə bilməyəcək.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər