7 may 2026. Cümə axşamı

Haland bu şərtlə Borussiya'da qala bilər


Haland bu şərtlə Borussiya'da qala bilər

"Borussiya Dortmund"un norveçli hücumçusu Erlinq Haland komandadan ayrıla bilər.

Corner.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Məlumatda, 20 yaşlı futbolçunun meneceri Mino Rayola ilə görüşdüyü bildirilib. “Borussiya” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Haland komandanı tərk edəcək.

“Borussiya” Bundesliqada 43 xalla 5-ci sıradadır. Dortmund təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq.

Haland bu mövsüm 31 oyunda 33 qol vurub







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”