4 noyabr 2026. Çərşənbə

Bavariya'dan Haaland açıqlaması


Bavariya'dan Haaland açıqlaması

“Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge son zamanlarda adı klubla hallanan “Borussiya Dortmund”un futbolçusu Erlinq Halandla bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, “Bild” nəşrinə açıqlama verən Rummenigge, norveçli hücumçu ilə bağlı bunları deyib:

“Bu xəbərlər hardan çıxır bilmirəm, amma bu mövqedə dünyanın ən yaxşı futbolçusu bizdədir. Onun – Robert Levandovskinin bizimlə müqaviləsi 2023-cü ilin yayına qədərdir”.

Haland bu mövsüm Bundesliqada 21 oyuna 21 qol, Levandovski isə 25 oyuna 35 qol vurub.







Almaniya B.L.