6 may 2026. Çərşənbə

Borussiya Mançester Siti ilə oyuna onsuz çıxacaq


Borussiya Mançester Siti ilə oyuna onsuz çıxacaq

"Borussiya Dortmund” klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında sabah səfərdə İngiltərə “Mançester Siti”si ilə qarşılaşacaq.

Corner.az xəbər verir ki, Ceydon Sanço Dortmund təmsilçisnin sözügedən qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Martın əvvəlindən zədəli olan Sanço komanda ilə məşqlərə başlasa da, “şəhərlilər”lə ilk oyunu buraxacaq. 21 yaşlı ingilis yarımmüdafiəçi “Borussiya”nın dünənki məşqində iştirak etməyib.

Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Borussiya” matçı saat 23:00-da start götürəcək.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”