4 noyabr 2026. Çərşənbə

Bavariya'nın 2 futbolçusu sıradan çıxdı


Bavariya'nın 2 futbolçusu sıradan çıxdı
Almaniyanın “Bavariya” klubu iki ciddi itki ilə üzləşib.
 
Corner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları – Leon Qoretska və Niklas Süle sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə matçında zədələnib. Sözügedən futbolçuların son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Qeyd edək ki, “Bavariya” – PSJ matçı qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.






Almaniya B.L.