10 avqust 2026. Bazar ertəsi

Qərar onundur, hörmətlə yanaşmaq lazımdır


Qərar onundur, hörmətlə yanaşmaq lazımdır

“Bavariya”nın futbolçusu Tomas Müller mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayan baş məşqçi Hans-Diter Flik haqda fikirlərini bildirib.

Corner.az xəbər verir ki ,”Kicker” nəşrinə danışan 31 yaşlı hücumçu, Flikin ayrılıq qərarına belə münasibət bildirib:

“Flik qərarını bizə izah etməyib. Son il yarımda çoxlu iş görüb, enerji sərf edib. “Bavariya”nın məşqçisi olaraq güclü səbrə ehtiyac var. Stresli bir vaxtdan keçirik. Düzdür, Flik bəhanə gətirmədi, ancaq belə qərar verməsinin səbəbini də açıqlamadı. Qərar onundur, hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Flik mövsümün sonunda “Bavariya” ilə müqaviləsini ləğv etmək istədiyini açıqlayıb.







Almaniya B.L.

“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi