6 may 2026. Çərşənbə

Bavariya Bayer'i məğlub yola saldı


Bavariya Bayer'i məğlub yola saldı

Almaniya Bundesliqasında 30-cu turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Açılış matçında “Köln” doğma meydanda “Leyptsiq”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıb.

Lider “Bavariya” bu turda doğma meydanda “Bayer”i sınağa çəkib. Münhen təmsilçisi bu oyundan inamlı qələbə qazanıb. “Ayntraxt” da “Auqsburq”la ev oyununda 2 cavabsız qolla qalib gəlib. “Şalke” isə bu dəfə “Arminiya” ilə səfər oyununda xalsız qalıb.

Almaniya Bundesliqası, 30-cu tur

20 aprel

Köln – Leyptsiq 2:1
Qol
: Hektor, 46; 60 – Haydara, 59.

Bavariya – Bayer 2:0
Qol
: Şupo-Motinq, 7. Kimmix, 13.

Arminiya – Şalke 1:0
Qol
: Klos, 50.

Ayntraxt – Auqsburq 2:0
Qol
: Hinteregger, 37. A.Silva, 58.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”