28 yanvar 2026. Çərşənbə

Şalke'nin futbolçuları son 4 turda oynamaq istəmir


Şalke'nin futbolçuları son 4 turda oynamaq istəmir
 “Şalke” klubunun futbolçuları Bundesliqanın son 4 turunda meydana çıxmaq istəmirlər.
 
Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın ikinci Bundesliqaya düşməsindən sonra baş verənlər  olub.
 
“Şalke” son turda “Arminiya”ya məğlub olmaqla 33 ildən sonra elita ilə vidalaşıb. Lakin bu, klub azarkeşlərinin böyük qəzəbinə səbəb olub. Onlar həmin görüşdən sonra futbolçulara hücum ediblər. Bu hadisədən təsirlənən futbolçular isə qalan 4 turda meydana çıxmaq istəmirlər.
 
Klubun İdarə Heyətinin üzvü Peter Knaebel açıqlamasında futbolçuların son 4 turda oynayıb-oynamayacağına özlərinin qərar verəcəyini deyib: “Bir futbolçu artıq yerdə qalan 4 matça çıxmaq istəmirsə, bunu anlaya bilərəm. Belə şeylər qanuni yollarla olduğu müddətdə hər bir qərara hörmət edirəm”.
 
Qeyd edək ki, “Şalke” tarixi ərzində daha əvvəl 3 dəfə (1981-ci il, 1983-cü il, 1988-ci il) aşağı liqaya yuvarlanıb.






Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu