- Almaniya B.L.
- 15:08 21.11.2024
Bayern Münich'in futbolçusu Franck Ribery karyerası və gələcəyi ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu, Bayern-də qalmaq istədiyini deyib: “Menecerimlə və rəhbəliklə birlikdə danışacağıq. Bayern-də qalmaq istəyirəm, amma klubun qərarına hörmət edəcəm. Mən və Bayern sevgili kimiyik. Bu sədaqət hazırda futbolda olmur. Hər zaman meydanda əlimdən gələni etdim. Burda rekordlar qırdım, tarix yazdım.Sahib olduğum hər şeyi tək başıma qazandım, heç kimdən kömək istəmədim. Çox çalışmasaz, 12 il ərzində Bayern-nin 11 əsas futbolçusundan biri olaraq qala bilməzsiz.
Çempionlar Liqasında üç dəfə finalda oynadım və bir dəfə çempion oldum. Bir neçə dəfə yarımfinalda şanssızlıq yaşadım. Daha çox final matçı oynaya bilərdik. Çempionlar Liqasını son dəfə qazanmağı xəyal edirəm”. Fransalı futbolçu, 2013-cü ildə “qızıl top”u qazanmalı olduğunu, amma ona qarşı haqsızlıq edildiyini deyib: “2013-cü ildə “qızıl top”u qazanmalı idim. Həmin mövsüm hər şeyi qazandım, amma mənə haqsızlıq edildi. Bunu hələ də qəbul edə bilmirəm. Səbəbini anlaya bilməyəcəm”.(goal.az)