9 avqust 2026. Bazar günü

Bavariya ardıcıl 9-cu dəfə çempion oldu


Bavariya ardıcıl 9-cu dəfə çempion oldu

Futbol üzrə Almaniya Bundesliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, “Bavariya” ardıcıl 9, ümumilikdə isə 30-cu dəfə ölkə çempionu olub.

Buna turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Leypsiq”in 32-ci turda bu gün səfərdə Dortmund “Borussiya”sına 2:3 hesabı ilə məğlub olması səbəb olub. Nəticədə Münhen təmsilçisi sona iki tur almış qızıl medalları təmin edib.

Qeyd edək ki, hazırda “Bavariya” ən yaxın izləyicisini 7 xal qabaqlayır. Bu komandanın hesabında 71 xal var. Hansi Flikin çalışdırdığı komanda bu dəqiqələrdə doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşır və artıq 1:0 hesabı ilə öndədir. Bu oyunda da qalib gələcəyi halda münhenlilər xallarını 74-ə çatdıracaq və aradakı xal fərqi 10-a çıxacaq.







Almaniya B.L.

“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi