22 iyun 2026. Bazar ertəsi

Bavariya'dan darmadağın, Borussiya Leyptsiq'i məğlub etdi


Bavariya'dan darmadağın, Borussiya Leyptsiq'i məğlub etdi

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.

Turnir cədvəlinin ikincisi “Leyptsiq” səfərdə Dortmund'un qonağı olub. Beş qolun qeydə alındığı bu oyunda "Borussiya" qalib gəlməklə çempionluğun taleyini həll edib. Belə ki, “Leyptsiq”in xal itirməsi lider “Bavariya”nın sona iki tur qalmış çempionluğu təmin etməsinə şərait yaradıb. 

Çempionluğu təmin edən "Bavariya" evdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb və 6 cavabsız qolla qələbə qazanıb.

Günün digər oyunlarına gəlincə, “Verder” – “Bayer” görüşü qolsuz bitib. “Hoffenhaym” “Şalke”ni, “Volfsburq” da “Yunion”u məğlub yola salıb.

Almaniya Bundesliqası, 32-ci tur

7 may

Ştutqart – Auqsburq 2:1
Qol
: Forster, 11. Kaladziç, 74 – Nyederlexner, 59.

8 may

Borussiya D – Leyptsiq 3:2
Qol
: Roys, 7. Sanço, 51; 87 – Klostermann, 63. Olmo, 77.

Hoffenhaym – Şalke 4:2
Qol
: Kramariç, 47. Akpoquma, 52. Baumqartner, 60. Bebu, 64 – Ut, 12. Mustafi, 42.

Verder – Bayer 0:0

Volfsburq – Yunion 3:0
Qol
: Brekalo, 12; 63; 90.

Bavariya – Borussiya M 6:0
Qol
: Levandovski, 2; 34; 66-pen. Müller, 23. Koman, 44. Sane, 86.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər