6 may 2026. Çərşənbə

Nazarov het-trik etdi, komandası darmadağın oldu


Nazarov het-trik etdi, komandası darmadağın oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 32-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Paderborn” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda darmadağın olub – 3:8.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dmitri vurub. Millimizin yarımmüdafiəçisi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

32 oyuna 41 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”