22 iyun 2026. Bazar ertəsi

Herta'dan əzmkar qələbə


Herta'dan əzmkar qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az xəbər verir ki, günün yeganə matçında “Şalke” doğma meydanda “Herta”nı qəbul edib.

Üç qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıb. Bu qələbə sayəsində “Herta” xal hesabını 34-ə çatdırıb və 18 kollektiv arasında 13-cü pilləyə yüksəlib. Elitanı tərk edəcəyi daha öncə dəqiqləşən “Şalke” isə 13 xalla sonuncu pillədə qalıb.

Xatırladaq ki, “Herta”da bir müddət əvvəl koronavirusa kütləvi yoluxma səbəbindən üç oyunu təxirə salınmışdı. Bu, həmin təxirə salınmış qarşılaşmalardan sonuncusu idi.

Almaniya Bundesliqası, 31-ci turun oyunu

12 may

Şalke – Herta 1:2
Qol
: Harit, 6 – Boyata, 19. Nqankam, 74.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər