22 iyun 2026. Bazar ertəsi

Almaniya kubokunun qalibi bəlli oldu


Almaniya kubokunun qalibi bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 2020/21 mövsümünün qalibi müəyyələşib.

Corner.az xəbər verir ki, həlledici oyunda “Leypsiq”lə Dortmund “Borussiya”sı üz-üzə gəlib.

Beş qolun qeydə alındığı qarşılaşma Dortmund təmsilçisinin qələbəsiylə başa çatıb – 4:1.

Bununla da “Borussiya” tarixində 5-ci dəfə Almaniya kubokunun qalibi olub. Bu baxımdan Dortmund təmsilçisi “Şalke” və “Ayntraxt”a (Frankfurt) çatıb. “Verder” 6 dəfə kubokun ən güclüsü olub. Rekord isə “Bavariya”ya məxsusdur – 20 dəfə.

Almaniya kuboku, final

13 may

Leypsiq – Borussiya (Dortmund) 1:4
Qol
: Olmo, 71 – Sanço, 5; 45. Haland, 28; 87.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər