22 iyun 2026. Bazar ertəsi

Bavariya Frayburq'la heç-heçə etdi


Bavariya Frayburq'la heç-heçə etdi

Futbol üzrə Almaniya Bundesliqasında 33-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma keçirilib.

Ötən tur çempionluğu rəsmiləşən “Bavariya” bu turda səfərdə “Frayburq”un qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Bayer” də doğma meydanda “Yunion”la oyunda heç-heçəyə razılaşıb. Münhenqladbax “Borussiya”sı evdə “Ştutqart”a məğlub olub.

Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Köln” bu turda səfərdə “Herta”nın qonağı olub. Bu oyunda qapılara  ümumiyyətlə qol vurulmayıb. Autsayderlər qrupunda yer alan “Arminiya”  isə “Hoffenhaym”la bərabərə qalıb.

Almaniya Bundesliqası, 33-cü tur

15 may

Arminiya – Hoffenhaym 1:1
Qol
: Voqlzammer, 23 – Kramariç, 5.

Auqsburq – Verder 2:0
Qol
: Xedira, 57. Kaliqiuri, 90-pen.

Borussiya M – Ştutqart 1:2
Qol
: Ştindl, 45 – Endo, 72. Kaladziç, 77.

Frayburq – Bavariya 2:2
Qol
: Gulde, 29. Gunter, 81 – Levandovski, 26-pen. Sane, 53.

Herta – Köln 0:0

Şalke – Ayntraxt F 4:3
Qol
: Huntelaar, 15. İdrisi, 52. Flik, 60. Hoppe, 64 – A.Silva, 29; 72. Ndikka, 51.

Bayer – Yunion 1:1
Qol
: Virts, 27 – Pohjanpalo, 72.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər