6 may 2026. Çərşənbə

Kloze baş məşqçi olur


Kloze baş məşqçi olur

"Bavariya"da köməkçi məşqçi kimi çalışan Miroslav Kloze özünü baş məşqçi kimi sınamaq istəyir.
Corner.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Məlumatda, keçmiş hücumçunun 2-ci Bundesliqa təmsilçisi "Fortuna"nı çalışdıracağı vurğulanıb.

"Fortuna"nın idman direktoru olan Klaus Allofsun 42 yaşlı məşqçiyə dəvət göndərdiyi qeyd olunub.

Xatırladaq ki, Almaniya millisinin sabiq üzvü 16 qolla dünya çempionatlarının ən yaxşı bombardiridir. 







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”