28 yanvar 2026. Çərşənbə

Bundesliqada mövsümə yekun vuruldu


Bundesliqada mövsümə yekun vuruldu

Almaniya Bundesliqasında sonuncu – 34-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda baş tutub.

Çempion “Bavariya” son turda doğma meydanda “Auqsburq”u sınağa çəkib. Qarşılaşma Münhen təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Berlinin “Yunion” doğma meydanda mövsümün gümüş mükafatçısı “Leyptsiq”lə qarşılaşıb və çətin qələbə qazanıb. Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən “Bayer” səfərdə “Borussiya Dortmund"un qonağı olub. Dortmund təmsilçisi bu oyunda qələbə qazanmaqla bürünc mükafata sahib çıxıblar. Münhenqladbax “Borussiyas”ı səfərdə “Verder”in qonağı olub və darmadağınla qalib gəlib.

Beləliklə, mövsümün yekunlarına görə, çempion “Bavariya” ilə yanaşı, “Leypsiq”, “Borussiya” (Dortmund) və “Volfsburq” klubları UEFA Çempionlar Liqasında çıxış edəcəklər. “Ayntraxt”la “Bayer” Almaniyanı Avropa Liqasında, “Yunion” isə Konfrans Liqasında təmsil edəcək.

Son iki pilləni tutan “Şalke” və “Köln” klubları Bundesliqanı tərk edib. 16-cı pilləni tutan “Verder” isə elitada qalmaq üçün pley-off oyunlarına çıxacaq.

Almaniya Bundesliqası, 34-cü tur

22 may

Bavariya – Auqsburq 5:2
Qol
: Qaueleu, 9-öz qapısına. Qnabri, 23. Kimmix, 33. Koman, 43. Levandovski, 90 – Han, 67. Nyederlexner, 72.

Borussiya D – Bayer 3:1
Qol
: Haland, 5; 84. Roys, 51 – Bender, 90-pen.

Ayntraxt F – Frayburq 3:1
Qol
: A.Silva, 62-pen. Ture, 87. Axe, 90+3 – Yonq, 77.

Hoffenhaym – Herta 2:1
Qol
: Adamyan, 49. Kramariç, 90+1 – Darida, 43.

Ştutqart – Arminiya 0:2
Qol
: Klos, 66-pen. Doan, 72.

Yunion – Leyptsiq 2:1
Qol
: Fridrix, 67. Kruse, 90+2 – Kluyvert, 55.

Verder – Borussiya M 2:4
Qol
: Raşiça, 80. Fullkruq, 83 – Ştindl, 3. Turam, 52. Bensebaini, 58. Noyhaus, 67.

Volfsburq – Maynts 2:3
Qol
: Filipp, 47. J.Viktor, 66 – Boetius, 44. Kayson, 54. Bell, 77.

Köln – Şalke 1:0
Qol
: Bornau, 86.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu