6 may 2026. Çərşənbə

Flikdən Almaniya millisi ilə bağlı açıqlama


Flikdən Almaniya millisi ilə bağlı açıqlama

Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Hans-Diter Flik Almaniya Futbol Federasiyası ilə danışıqlar apardığını təsdiqləyib.

Corner.az xəbər verir ki, yerli mətbuata danışan 56 yaşlı mütəxəssis, federasiya ilə danışıqların son mərhələsində olduğunu deyib:

“Almaniya milli komandasına olan hisslərim bəllidir. Federasiya ilə danışmışam, düzdür. Lakin hələ xırda detallar qalıb. Ondan sonra hər şey rəsmi olaraq açıqlanacaq”.

2019-cu ilin noyabrından “Bavariya”ya başçılıq edən Flik, mövsümün sonunda vəzifəsindən ayrılacaq.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”