23 oktyabr 2024. Çərşənbə

Bundesliqaya yüksələn iki klub bəlli oldu


Bundesliqaya yüksələn iki klub bəlli oldu
Almaniya ikinci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, mövsümü 67 xalla başa vuran “Bohum” çempion olmaqla, yanaşı Bundesliqaya vəsiqə qazanıb.
 
Bohumlularla birgə, “Qroyter” də növbəti mövsümdən elitada mübarizə aparan ikinci klub olub. Fürt şəhərinin təmsilçisi mövsümü 64 xalla ikinci pillədə başa vurub.
 
İkinci Bundesliqada bürünc medalları qazanan “Holştayn” (62 xal) isə elitaya vəsiqə qazanmaq üçün pley-off oyununa çıxacaq. Sözügedən komanda əsas Bundesliqada bu mövsümü 16-cı pillədə başa vuran “Köln”lə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun mayın 26-da, cavab görüşü isə ayın 29-da baş tutacaq. Qalib tərəf əsas Bundesliqada, məğlub olan isə ikinci liqada mübarizə aparacaq.
 
Qeyd edək ki, 2020/21 mövsümün yekununa əsasən, “Verder” və “Şalke” klubları əsas Bundesliqanı tərk edib. Bremen təmsilçisi 41 il sonra elitanı tərk edibsə, "Şalke” isə 33 illik fasilədən sonra aşağı liqada mübarizə aparacaq.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu