19 sentyabr 2026. Şənbə

Bavariya'da istefa: Rummenigge gedir, Kan gəlir


Bavariya'da istefa: Rummenigge gedir, Kan gəlir

 "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubdan ayrılacaq.

Corner.az-ın rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi futbolçu Müşahidə Şurasının sədri və klub prezidenti Herbert Haynerlə məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.

O, "Bavariya"nı iyunun 30-da tərk edəcək və yerini keçmiş qapıçı Oliver Kana verəcək.

Rummeniggenin ilkin müqaviləsi 2021-ci il dekabrın 31-dək nəzərdə tutulub.

Qeyd edək ki, Karl-Haynts Rummenigge Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.







Almaniya B.L.