22 iyun 2026. Bazar ertəsi

Huntelar və Kolaşinaç Şalke'dən ayrıldı


Huntelar və Kolaşinaç Şalke'dən ayrıldı

Almaniyanın “Şalke” klubu iki futbolçusunun komandadan ayrıldığını açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaçdır. Sonuncu müqavilə ilə məxsus olduğu “Arsenal”a qayıdıb.

Hər iki futbolçu bu ilin yanvarında “Şalke”yə keçmişdi. Huntelar daha əvvəl də (2010-2017) Almaniya klubunda çıxış edib. 37 yaşlı Hunteların karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, “Şalke” yeni mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər