22 iyun 2026. Bazar ertəsi

Bundesliqa klubunda saxta pasport qalmaqalı


Bundesliqa klubunda saxta pasport qalmaqalı

 "Ştutqart"ın futbolçusu Silas Vamangituka özünün əsl ad və yaşını açıqlayıb.

Corner.az xəbər verir ki, bunu Konqo Demokratik Respublikasından olan hücumçu klubun rəsmi saytına müsahibəsində etiraf edib.

O, yaşının 21 yox, 22, əsl adının isə Silla Katompa Mvumpa olduğunu və şəxsiyyəti barədə məlumatları agentinin dəyişdirdiyini söyləyib: "Bir neçə il əvvəl agentim mənim Parisdə onunla birgə yaşamağıma razılıq verdi. Əvəzində adımı və doğum tariximi dəyişdirdi. Son bir neçə ildə daim qorxu içində yaşamışam. Vətənimdəki ailəmdən də narahat idim. Bu həqiqəti açıqlamaq özüm üçün çətin addım oldu".

Hazırda "Ştutqart" məsələ ilə əlaqədar Almaniya Futbol Liqası və Almaniya Futbol İttifaqı ilə təmaslardadır.

Qeyd edək ki, Silas Vamangituka "Ştutqart"a 2019-cu ildə "Paris" klubundan keçib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər