22 iyun 2026. Bazar ertəsi

Almaniyada ilin ən yaxşı futbolçusu bilindi


Almaniyada ilin ən yaxşı futbolçusu bilindi

"Bavariya”nın hücumçusu Robert Levandovski Almaniyada 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Corner.az xəbər verir ki, Almaniya İdman Jurnalistləri Birliyinin apardığı sorğuda 32 yaşlı hücumçu 563 səsdən 356-sını toplayıb.

Səsvermədə ikinci yeri Münhen klubunun digər hücumçusu Tomas Müller (41), üçüncü yeri “Borussiya”nın (Dortmund) forvardı Erlinq Haland (38) tutub.

Polşalı futbolçu ardıcıl ikinci dəfə Almaniyada ilin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Levandovski ötən mövsüm 40 oyuna çıxıb, 48 qol vurub və 9 qolun ötürməsini verib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər