22 iyun 2026. Bazar ertəsi

Halandı əvəzləməkdən çox qorxdum


Halandı əvəzləməkdən çox qorxdum

“Borussiya Dortmund”un baş məşqçisi Marko Rouz Almaniya kubokunda “Vehen”ə qarşı keçirdikləri oyunda hücumçu Erlinq Halandı əvəzləməməsinin səbəbini açıqlayıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis, norveçli futbolçunu əsəbiləşdirmək istəmədiyi üçün bunu etmədiyini deyib:

“Bir an Halandı əvəzləmək istədim, ancaq tez fikrimi dəyişdim. Niyə Halandı əvəzləmədim? Onu əsəbiləşdirməkdən çox qorxdum. O, sona qədər meydanda olmaq və çox qol vurmaq istəyir. İkinci hissədə əvəzetmələr edəndə Halandın meydanda qalmasının daha doğru addım olduğunu gördüm”.

Haland “Vehen” – “Borussiya” matçında het-trikə imza atıb. Qarşılaşma Dortmund təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər