5 dekabr 2025. Cümə

Xorvatiyalı hücumçu zədələndi


Xorvatiyalı hücumçu zədələndi
Xorvatiya millisinin daha bir üzvü zədələnib.

Qol.az xəbər verir ki, "Eintracht"da çıxış edən Ante Rebic dizindən xəsarət alıb.  26 yaşlı hücumçu Almaniya Bundesliqanın son  turunda "Hoffenhaim"la -keçirilən görüşdə zədə alıb.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Dalic ölkə mətbuatına açıqlamasında Rebicin AÇ-2020-nin seçmə mərhələsində yığmamaızla görüşdə iştirakının sual altında olduğunu bildirib. Qeyd edib ki, hücumçu  martın 7-si Avropa Liqasının ilk 1/8 finalında “İnter”lə və martın 10-u Bundesliqada "Fortuna" ilə görüşdə iştirak etməyəcək. Futbolçunun durumuna gələn həftə aydınlıq gələcək.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.





Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə