4 may 2026. Bazar ertəsi

Bavariya'nın qapıçısı sıradan çıxdı


Bavariya'nın qapıçısı sıradan çıxdı

"Bavariya" klubunun qapıçısı Manuel Noyer sıradan çıxıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper "Borussiya" (Dortmund) klubuna qarşı Almaniya Super Kuboku uğrunda matçda ayaq biləyindən zədələnib.

Almaniya millisinin üzvü bugünkü məşqidə buraxıb. Onun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Bavariya" "Borussiya"ya 3:1 hesabı ilə qalib gəlib.







Almaniya B.L.

"Keyn oyun qurucuya çevrilib"
  • Almaniya B.L.
  • 23:20 27.04.2026
"Keyn oyun qurucuya çevrilib"