5 dekabr 2025. Cümə

Bavariya'dan çətin qələbə


Bavariya'dan çətin qələbə
Almaniya Bundesliqasında 2-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə “Hoffenhaym” doğma meydanda “Union Berlin”i qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Son çempion “Bavariya” isə doğma meydanda “Köln”lə qarşılaşıb. Münhen təmsilçisi bu görüşdə çətin qələbə qazanıb.
 
Almaniya Bundesliqası
2-ci tur
20 avqust
 
Leypsiq – Ştutqart 4:0
Qol: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen.
 
21 avqust
 
Ayntraxt – Auqsburq 0:0
 
Bohum – Maynts 2:0
Qol: Holtman, 21. Polter, 56.
 
Herta – Volfsburq 1:2
Qol: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88.
 
Qroyter – Arminiya 1:1
Qol: Hrqota, 50-pen – Klos, 45.
 
Frayburq – Borussiya (Dortmund) 2:1
Qol: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına.
 
Bayer – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87.
 
22 avqust
 
Hoffenhaym – Union Berlin 2:2
Qol: Akpoquma, 14. Larsen, 30 – Qisselmann, 10. Avoniyi, 47.
 
Bavariya – Köln 3:2
Qol: Levandovski, 50. Qnabri, 59; 71 – Modeste, 60. Ut, 62.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə