7 avqust 2026. Cümə

Dadaşovdan Şalke'də növbəti qol


Dadaşovdan Şalke'də növbəti qol

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vegberq Beek”i qəbul edib. Görüş futbolçumuzun komandasının qələbəsi ilə yekunlaşıb– 2:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 68-ci dəqiqədə məhz Dadaşov vurub.

“Şalke 2” bu nəticədən sonra 7 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi