7 avqust 2026. Cümə

Dadaşovsuz Şalke səfərdə uduzdu


Dadaşovsuz Şalke səfərdə uduzdu
Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Rot-Vays Essen”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:1.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Xəstəlik səbəbindən son oyunlarda da çıxış etməyən millimizin sabiq hücumçusunun adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
“Şalke II” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi