Almaniya Bundesliqasında 5-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Bayer” səfərdə “Ştutqart” üzərində inamlı qələbə qazanıb. Dortmund “Borussiya”sı evdə “Union Berlin”i 4 qolla məğlub edib.
Lider “Volfsburq” bu turda doğma meydanda “Ayntraxt”ı sınağa çəkib. Meydan sahibləri bu oyunda heç-heçə edərək cari mövsümdə ilk xal itkisi ilə üzləşib. Beləcə, eyni xala malik “Bavariya” zirvəni ələ keçirib və “Volfsburq” ikinci sırada qərarlaşıb.
Almaniya Bundesliqası
5-ci tur
17 sentyabr
Herta – Qroyter 2:1
Qol: Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.
18 sentyabr
Arminiya – Hoffenhaym 0:0
Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Nyederlexner, 80.
Bavariya – Bohum 7:0
Qol: Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.
Maynts – Frayburq 0:0
Köln – Leyptsiq 1:1
Qol: Modeste, 53 – Haydara, 71.
19 sentyabr
Ştutqart – Bayer 1:3
Qol: Manqala, 38 – Andrix, 2. Şik, 19. Virts, 70.
Borussiya (Dortmund) – Union Berlin 4:2
Qol: Gerreyro, 10. Haland, 24; 83. Fridrix, 52-öz qapısına – Kruse, 57-pen. Voqlzammer, 81.
Volfsburq – Ayntraxt 1:1
Qol: Veqorst, 70 – Lammers, 38.